Gürcüstanın Batumi şəhərindən havaya qalxan iki nəfərlik özəl təyyarə Türkiyənin Rize şəhəri sahillərində dənizə məcburi eniş edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Batumidən Ordu-Giresun hava limanına uçan təyyarə texniki nasazlıq səbəbindən Pazar rayonu yaxınlığında dənizə təcili eniş edib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Türkiyə Sahil Mühafizəsi Komandanlığının əməkdaşları cəlb olunub.
Xilasedicilər təyyarədə olan iki nəfəri təhlükəsiz şəkildə xilas ediblər.
Hadisə nəticəsində xəsarət alan şəxslər ehtiyat tədbiri olaraq Kaçkar Dövlət Xəstəxanasına yerləşdiriliblər.