Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü barədə cədvəl dərc edilib

Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü barədə cədvəl dərc edilib
15.01.2024 21:01
Aa
dəq

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul edilib: “İctimai Televiziya namizədlərə qatıldığı "Diqqət Mərkəzi Seçki" verilişi və sosial platformalar vasitəsilə seçki prosesində ödənişsiz təşviqat məsələlərinə öz dəstəyini verəcək”.

R.Qasımov bildirib ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. Format dəyirmi masa şəklində olacaq.

İTV-də və İctimai Radioda çıxışlar saat 21:00-da başlayacaq.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Həftənin ən çox oxunanları

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
DAVAMIN OXU davamın oxu