Prezidentin Milli Məclisdəki çıxışı yeni "yol xəritəsi"ni müəyyən etdi - AÇIQLAMA

Prezidentin Milli Məclisdəki çıxışı yeni "yol xəritəsi"ni müəyyən etdi - AÇIQLAMA
24.09.2024 18:00
Aa
dəq

VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, habelə bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəyişən tarixi "yol xəritəsi" hesab olunmalıdır.

Bu sözləri millət vəkili Bəhruz Məhərrəmov “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlaması zamanı bildirib.

Deputat qeyd edib ki, Vətən Müharibəsindən və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diqtə edən hərbi-siyasi güc kimi rolu Prezidentin qeyd olunan çıxışda konseptual şəkildə inikası olduğu üçün həm də geosiyasi əhəmiyyət daşıyır. Məlumdur ki VII çağırış parlament ölkə tarixində dövətin beynəlxalq hüquq ilə tanınan bütün suverən ərazilərini əhatə edən seçkilərlə formalaşamış ilk Milli Məclidir. Qeyd olunan situasiya formalaşmış qanunvericilik orqanının iclasında dövlət başçımızın verdiyi bəyənatlar suverənliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekundur:

“Eyni zamanda, dövlətçiliyimizdə yeni mərhələnin başlamasını göstərən tarixi keçid hesab olunmalıdır. Qeyd olunan situasiya gərgin və qətiyyətli siyasətin, iradənin nəticəsidir. Məlumdur ki, İkinci Qarabağ Müharibəsi, antiterror tədbirlərinin ardınca suverənliyimizin tam bərpa edilməsi regionda yeni geosiyasi konfiqurasiyaya gətirib çıxarır. Separatizmə son qoymaqla Azərbaycan dünya miqyasında tarixi Prezident formalaşdırmış oldu. Bu Prezident Azərbaycan tarixində həmişə qızıl səhifə kimi qalacaq. Bu proseslərin təməlində Prezidentin Parlament tribunasında da ifadə etdiyi kimi Azərbaycan xalqının birliyi, siyasi iradə, Azərbaycan dövlətinin gücü həlledici amillər kimi çıxış edib”. 

B.Məhərrəmov deyir ki, müstəqilliyin ilk illərində parçalanmış ölkədə bu birliyə nail olmaq köklü konseptual yanaşma tələb edirdi. Heydər Əliyevin azərbaycançılıq konsepsiyası bu formata nail olmaq üçün səsə çevrildi. Sonrakı dövrlərdə ölkədə ideoloji işin düzgün qurulması, xüsusən gənc nəslin tərbiyəsi sahəsində dövlət siyasətinin effektiv formada həyata keçirilməsi milli birliyə gətirib çıxardı.

Mədinə

Həftənin ən çox oxunanları

Milli təhlükəsizliyimizin təmin edilməsi vacib məsələdir - Millət vəkili

Milli təhlükəsizliyimizin təmin edilməsi vacib məsələdir - Millət vəkili
DAVAMIN OXU davamın oxu

Ermənistan Azərbaycana təzminat ödəməlidir - AÇIQLAMA

Ermənistan Azərbaycana təzminat ödəməlidir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA

Milli Parlamentarizm tarixinin qızıl səhifələrinə yazılan çıxış - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi
DAVAMIN OXU davamın oxu