Operativ Məlumat Mərkəzi

Prezidentə təbriklər gəlir

3 dəq
Paylaş:
Prezidentə təbriklər gəlir
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi...

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!

Məhəmməd Yunis Əl-Mənfi

Liviya Dövləti Prezident Şurasının Sədri

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun.

Dərin hörmətlə,

Sərdar Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

***

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Ümid edirəm ki, yüksək mənəvi dəyərləri tərənnüm edən, humanizmin, xeyirxahlığın və sülhpərvərliyin rəmzi olan bu nurlu bayram bütün müsəlman ümməti arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy Uca Allah bütün dualarınızı qəbul etsin və bütün xeyirxah əməllərinizdə Sizə hər zaman uğur bəxş etsin.

Dərin hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri

***

Bu xəbəri paylaş

Oxşar xəbərlər