Əsas məzmuna keç

Prezident: Yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir

Prezident: Yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir

İlham Əliyev Təhlükəsizlik Şurasında Tehranın media hücumlarına və şər-böhtan kampaniyasına cavab verib. Ölkə rəhbərinin soydaşlarımızla bağlı mühüm mesajı:

en ru

"Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İlham Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün Azərbaycan İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”, - Azərbaycan lideri qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…