Prezident, xanımı və qızı Daşkənddə Müstəqillik abidəsini ziyarət etdilər - YENİLƏNDİ

Prezident, xanımı və qızı Daşkənddə Müstəqillik abidəsini ziyarət etdilər - YENİLƏNDİ
22.08.2024 17:10
Aa
dəq

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Məlumat verildi ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdirdilər.

Həftənin ən çox oxunanları

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
DAVAMIN OXU davamın oxu

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Meksikanı təbrik edib

Azərbaycan XİN Meksikanı təbrik edib
DAVAMIN OXU davamın oxu