Operativ Məlumat Mərkəzi

Prezident Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım edib

2 dəq
Paylaş:
Prezident Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım edib.  "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, paylaşımda qeyd...

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, paylaşımda qeyd edilib:

“Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər