Operativ Məlumat Mərkəzi

Prezident sülhməramlılardan narahatlığını ifadə etdi

1 dəq
Paylaş:
Prezident sülhməramlılardan narahatlığını ifadə etdi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu Azərbaycan tərəfini narahat edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə martın 14-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı deyib.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər