Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp İranla danışıqlara qoşulur

2 dəq
Paylaş:
Tramp İranla danışıqlara qoşulur

Prezidenti Donald bu gün Cenevrədə baş tutacaq İranla danışıqlarında “dolayı ” iştirak edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə başçısı jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən bu danışıqlarda dolayı yolla iştirak edəcəyəm və bu, çox vacib olacaq. edirəm ki, Tehran ötən il ABŞ-ın ölkəyə endirdiyi zərbələri və sərt mövqeyinin mümkün nəticələrini nəzərə alaraq Vaşinqtonla razılaşma əldə etmək istəyir”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, İran çətin danışıqlar aparan tərəfdir:

“Onlar razılaşma bağlamaq istəyirlər. Düşünmürəm ki, razılaşmadan imtinanın nəticələri ilə üzləşmək istəsinlər. Ümid edirəm ki, onlar daha rasional davranacaqlar”, – deyə ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirilib. Prosesin növbəti raundu isə bu gün Cenevrədə baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax