Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp süni intellekt vasitəsilə Ayı “ABŞ-nin ərazisi” elan edib

2 dəq
Paylaş:
Donald Tramp süni intellekt vasitəsilə Ayı “ABŞ-nin ərazisi” elan edib

ABŞ Prezidenti platformasında (AI) vasitəsilə hazırlanmış çoxsaylı görüntülər paylaşaraq diqqət çəkib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Trampın paylaşdığı görüntülər arasında ən çox müzakirə olunanlardan biri Ayın ABŞ-yə məxsus olduğunu iddia edən vizual olub.

Paylaşımda Ayın fonunda Yer kürəsi təsvir edilib və görüntünün üzərində “Ay bizimdir” şüarı yerləşdirilib. Şəklin küncündə isə ABŞ bayrağı əks olunub.

Trampın bu paylaşımı istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Siyasətçinin “Truth Social” hesabındakı paylaşımları bununla məhdudlaşmayıb. O, süni intellektlə hazırlanmış digər qeyri-adi görüntüləri də izləyiciləri ilə bölüşüb.

Belə görüntülərdən birində məşhur aktyor Robert De Niro üzərində Trampı dəstəkləyən şüar yazılmış köynəklə təsvir olunub. Qeyd edək ki, real həyatda De Niro ilə Tramp arasında uzun müddətdir davam edən siyasi fikir ayrılıqları mövcuddur.

Paylaşımlar arasında ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun Trampa baş çəkdiyini göstərən süni intellekt görüntüsü də yer alıb.

Tramp həmçinin Ontario gölünün adının üstündən xətt çəkilmiş və Nyu-Meksiko ştatının “Yeni Amerika”ya çevrilə biləcəyinə eyham vuran vizualları da paylaşıb.

Süni intellektlə hazırlanmış bu görüntülər Trampın sosial şəbəkədəki son paylaşımlarının əsas mövzusuna çevrilib və istifadəçilərin diqqətini çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə