ABŞ prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" İsrail mediasına istinadən xəbər verir ki, danışıqlar İsrailin İrana endirdiyi zərbələr və regionda artan gərginlik fonunda reallaşıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti və İranın hərbi fəallığına qarşı atılan addımları müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik məsələlərinə toxunublar. İranın hərbi obyektlərinə endirilən zərbələrdən sonrakı vəziyyət qiymətləndirilib. Strateji müttəfiqlik münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.