Operativ Məlumat Mərkəzi

Prezident Sərəncam İMZALADI - Bu qurum ləğv edildi

1 dəq
Paylaş:
Prezident Sərəncam İMZALADI - Bu qurum ləğv edildi
Azərkontrakt ASC ləğv edildi. Daxili bazarda qaz satışı funksiyaları Azəriqaza keçir. Prezidentin sərəncamı.

Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncama əsasən, bundan sonra şirkətin daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətlərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.

“Azərkontrakt” dekabrın 1-dən ləğv edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər