Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident Serbiyada səfərdədir - YENİLƏNİB

2 dəq
Paylaş:
Prezident Serbiyada səfərdədir - YENİLƏNİB

Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Vuçiç qarşıladı.

İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.

İlham Əliyev və birinci xanım Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

Dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax