Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Selada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Dövlət başçısı 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib.
Məktubda Peru hökuməti və xalqı adından ən xoş arzular çatdırılıb, həmçinin ölkələr arasında son otuz ildə qurulmuş siyasi dialoqun daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Peru Prezidenti qeyd edib ki, birgə səylər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişlənməsinə və dövlətlərin davamlı inkişafına töhfə verəcək.
Sonda Peru Prezidenti Azərbaycanın firavanlığı və tərəqqisi naminə öz arzularını ifadə edərək, Zati-alilərinə dərin hörmət və ehtiramını bildirib.