Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Peru Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

2 dəq
Paylaş:
Peru Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Selada İlham Əliyevə təbrik ünvanlayıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May - Respublikasının Günü münasibətilə Zati-alinizə ən təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki, birgə səylərimiz ölkələrimizin davamlı inkişafına xidmət edərək, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi bir daha çatdıraraq, fürsətdən istifadə edib Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə etməkdən məmnunluğumu bildirirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax