Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Türkiyə səfirliyində olub, başsağlığı verib

1 dəq
Paylaş:
Prezident İlham Əliyev Türkiyə səfirliyində olub, başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər