Əsas məzmuna keç

Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

2024-cü ildə Azərbaycanın Banqkokda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Tailand arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…