Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
30.04.2024 11:02
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.

Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
DAVAMIN OXU davamın oxu

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
DAVAMIN OXU davamın oxu

Bahar Muradova TDT-nin ailə və sosial siyasətdən məsul nazirlərinin birinci iclasında iştirak edib

Bahar Muradova TDT-nin ailə və sosial siyasətdən məsul nazirlərinin birinci iclasında iştirak edib
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk birliyi yeni səviyyəyə yüksələcək

Baş katib: Türk birliyi yeni səviyyəyə yüksələcək
DAVAMIN OXU davamın oxu