Əsas məzmuna keç

Prezident “Ağdam Residence” kompleksində yaradılan şəraitlə tanış olub

Prezident “Ağdam Residence” kompleksində yaradılan şəraitlə tanış olub

bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev və birinci xanım fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində şəraitlə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" bildirir ki, dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…