Əsas məzmuna keç

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur

Əgər fransız siyasi səhnəsində varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Hələ sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırladan dövlətimizin başçısı deyib: “Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir”. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, islamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…