Prezident Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB

Prezident Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB
07.03.2023 18:36
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Qonaq bildirib ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirib ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur.

Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev COVID-19 pandemiyası zamanı Çin Xalq Respublikasının Sədrinə göndərdiyi məktubu xatırladaraq Çinin ölkəmizə vaksinləri ayırmasını və bunun nəticəsində Azərbaycanın dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğunu xüsusilə qeyd edib, bunu ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirib, bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.

Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verib. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib.

Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar.

Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib.

Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq dünya səviyyəsində tanınmış mərkəzlərdən biri olduğunu qeyd etdi, burada beynəlxalq sülh və təhlükəsizlik gündəliyində duran çox vacib müzakirələrin aparıldığını dedi və Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Görüşdə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafı üçün böyük imkanların olduğu bildirilib, media, elm-tədqiqat mərkəzləri və insanlar arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.

17;49***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

Həftənin ən çox oxunanları

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb
DAVAMIN OXU davamın oxu

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər

Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb
DAVAMIN OXU davamın oxu