Prezident: "Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları əmin-amanlıq şəraitində yaşayırlar"

Prezident: "Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları əmin-amanlıq şəraitində yaşayırlar"
05.01.2024 13:16
Aa
dəq

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı təbrik məktubunda bildirilib.

"Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər", - məktubda qeyd olunub.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu