Prezident azad olunmuş ərazilərdə alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib

Prezident azad olunmuş ərazilərdə alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib
17.02.2023 13:22
Aa
dəq

Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşü zamanı Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, dövlət başçısı ölkəmizin xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verib. Bu xüsusda Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib

Həftənin ən çox oxunanları

Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
DAVAMIN OXU davamın oxu

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
DAVAMIN OXU davamın oxu

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq

Baş katib: Türk Dünyası üçün daha parlaq, yaşıl bir gələcək qurmağa qərarlıyıq
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Meksikanı təbrik edib

Azərbaycan XİN Meksikanı təbrik edib
DAVAMIN OXU davamın oxu