Prezident Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub

Prezident Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub
21.12.2023 13:47
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Buna uyğun olaraq “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Həftənin ən çox oxunanları

DYP həftəsonu səfərə çıxan sürücülərə xəbərdarlıq edib

DYP həftəsonu səfərə çıxan sürücülərə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DAVAMIN OXU davamın oxu

Kəlbəcərə ilk dəfə infotur təşkil edilib

Kəlbəcərə ilk dəfə infotur təşkil edilib
DAVAMIN OXU davamın oxu

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu