Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

2 dəq
Paylaş:
İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə səfər zamanı avtomobilin sükanı arxasına keçərək, qeyri-adi ilə qonağı təəccübləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Slovakiya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Pelleqrini qeyd edib ki, rəsmi proqramın bu formatda davamı olduqca qeyri-adi idi, çünki ev sahibi olan dövlət başçıları, bir qayda olaraq, səfərlər zamanı avtomobili özləri idarə etmirlər.

" Əliyev və mən proqramımızın növbəti hissəsini olduqca qeyri-adi şəkildə davam etdirdik. Şübhəsiz ki, rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən özünün sükan arxasına keçməsi nadir hallarda baş verir", - Slovakiya Prezidenti yazıb.

O vurğulayıb ki, liderinin bu qeyri-adi və xoş jestindən qəlbdən təsirlənib.

Pelleqrininin sözlərinə görə, İlham Əliyevin bu addımı iki ölkə arasındakı yaxşı münasibətlərin, onların xalqlarının dostluğunun, eləcə də ikitərəfli tərəfdaşlığın əsasında dayanan qarşılıqlı etimad və hörmətin bariz göstəricisi oldu.

"Mən bu yaddaqalan qonaqpərvərlik nümunəsinə görə Prezident Əliyevə səmimi qəlbdən təşəkkür edirəm", - Slovakiya lideri əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax