Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin fransalı həmkarı Emmanuel Makrona Fransanın Milli bayramı münasibətilə göndərdiyi təbrikdə deyib:
"Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir".