Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, naziri Tomaş Tarabanı qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dövlətimizin başçısı özünün ötən il Slovakiyaya, Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dedi.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.

Slovakiya Baş nazirinin müavini dedi ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.

Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxundu.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini dedi, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğuladı.

Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax