Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib

2 dəq
Paylaş:
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib

Azərbaycanı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min vətəndaşı ziyarət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur.

"Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir", - deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə