Azərbaycanın ətrafında, həm şimal, həm də cənub istiqamətlərində müharibə ocaqlarının yarandığını qeyd edən Prezident İlham Əliyev, bu proseslərin gələcəyi ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkib.
Şuşanın Böyük Qaladərəsi kəndində yerli sakinlərlə görüşən dövlət başçısı bildirib ki, hazırkı münaqişələrin nə zaman bitəcəyi və hansı nəticələrə gətirib çıxaracağı məlum deyil: "Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm".