Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid siyasəti yürüdü

2 dəq
Paylaş:
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid siyasəti yürüdü

90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

bildirib ki, torpaqların 1990-cı illərin əvvəllərində işğalı ölkədə ciddi humanitar fəlakətə səbəb olub:

"Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün oldu. Həmin dövrdə ölkə əhalisi təxminən 8 milyon nəfər idi. Bu isə o demək idi ki, hər səkkiz nəfərdən biri qaçqın və ya məcburi köçkün vəziyyətində idi. Onlar ev-eşiklərini itirmiş, ağır sosial problemlərlə üzləşmişdilər".

İlham Əliyev vurğulayıb ki, müharibə cinayətləri törətmişdi:

"Ermənistan urbitit yaratmış, Xocalı soyqırımı baş vermiş, şəhər və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilmişdi. Bütün bunlar böyük humanitar böhran yaratmasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Bu gün isə sanksiyalar barədə çox danışılır. Hazırda dünyanın müxtəlif bölgələrində hər hansı hadisə baş verən kimi sanksiya mexanizmləri işə salınır. Lakin torpaqlarının işğalı dövründə Ermənistana qarşı belə tədbirlər görülmədi. Bu, münasibətlərdə ikili standartların bariz nümunəsidir və bəyan edilən dəyərlərlə real siyasət arasında ciddi ziddiyyətin mövcudluğunu göstərir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax