Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

2 dəq
Paylaş:
Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Azərbaycanın Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə İslam Sivilizasiyası Mərkəzini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hökumət başçısına sözügedən kompleksin fəaliyyəti, burada sərgilənən ekspozisiyalar, elmi-maarifləndirici layihələr və İslam dünyasının mənəvi irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın iri mədəni-elmi komplekslərindən biridir. Burada Mərkəzi Asiya ölkələrinin elm, təhsil, mədəniyyət və İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni əks etdirən materiallar təqdim olunur.

Əli Əsədov regionun görkəmli mütəfəkkirlərinə, alimlərinə və ilahiyyatçılarına həsr olunmuş ekspozisiya, eləcə də mərkəzdə tətbiq edilən müasir həllərlə tanış olub.

Xatırladaq ki, Azərbaycanın Baş naziri 5-ci Daşkənd İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistanın paytaxtında səfərdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax