Serbiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belqraddakı Taşmaydan parkına gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker abidənin önünə gül dəstələri qoyub.
Səfər çərçivəsində Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti parkda yerləşən görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib.
Xatırladaq ki, Taşmaydan parkında yerləşən Heydər Əliyevin abidəsinin açılış mərasimi 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.