Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan hökuməti: Nazirlər və müavinlər postlarını qoruyur

1 dəq
Paylaş:
Paşinyan hökuməti: Nazirlər və müavinlər postlarını qoruyur

Ermənistanın yeni hökumətin tərkibini Baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişdirməyi planlaşdırmır.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

"Hökumətin tərkibində: baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişikliklərə ehtiyac görmürəm. Düşünürəm ki, icra hakimiyyətinin digər səviyyələrində bəzi dəyişikliklər baş verəcək", - N.Paşinyan bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçicilərin səslərinin 49,83 %-ni alıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax