İran və ABŞ arasında müzakirə olunduğu iddia edilən 14 maddəlik anlaşma memorandumu layihəsinə dair yeni təfərrüatların ortaya çıxdığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər veri ki, bununla bağlı İran mətbuatı məlumat yayıb.
Məlumata görə, tərəflər arasında aparılacaq danışıqlar İranın raket proqramını əhatə etmədən, yalnız nüvə və iqtisadi məsələlər üzərində cəmlənəcək.
Qeyd olunur ki, layihədə ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi, İran ətrafındakı hərbi qüvvələrin geri çəkilməsi, dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazının yenidən açılması, neft sanksiyalarının ləğvi və dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması kimi öhdəliklər yer alıb.
Məlumatda həmçinin ABŞ-nin İran iqtisadiyyatının bərpasına yönəlmiş plan təqdim etməsinin nəzərdə tutulduğu bildirilir.
Layihədə iki ölkə arasında yekun danışıqların İranın raket proqramı gündəmə gətirilmədən, nüvə və iqtisadi mövzular ətrafında aparılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən anlaşma layihəsi ilə bağlı İran və ABŞ rəsmiləri tərəfindən hələlik hər hansı rəsmi açıqlama verilməyib. Buna görə də yayılan məlumatlar hazırda yalnız media iddiası kimi qiymətləndirilir.