Polşa səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə səfirlik "Facebook" hesabında paylaşım edib.
"Polşa Respublikasının Azərbaycandakı Səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir. Səfirliyin həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Hücum zamanı yaralananların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda qeyd olunub.