Operativ Məlumat Mərkəzi

Polşa Belarusla sərhəddə yeni tədbirlər tətbiq edir

1 dəq
Paylaş:
Polşa Belarusla sərhəddə yeni tədbirlər tətbiq edir
bu barədə "Sputnik" məlumat yayıb. İyunun 2-də Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış yaxın vaxtlarda bufer zonasının bərpa olunacağını...

Polşa iyunun 13-dən Belarusla sərhəddə bufer zonası yaradacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

İyunun 2-də Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış yaxın vaxtlarda bufer zonasının bərpa olunacağını bəyan edib.

Onun sözlərinə görə, o, Qainovski rayonunda 26 yeri və Bialistok rayonunda bir yeri əhatə edəcək. Bu torpaqlarda xüsusi rejim tətbiq olunacaq.

O cümlədən, sərhədə 200 metrdən artıq yaxınlaşmaq qadağan olunacaq.

Polşa səlahiyyətliləri iki səbəbə görə bufer zonasını geri qaytarmağa qərar verdiklərini deyirlər. Birincisi, Polşa ilə Belarus arasında sərhədin daha yaxşı qorunması, ikincisi isə sərhədçilərin təhlükəsizliyinin artırılmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər