Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Bakıda yaşadığı evə gətirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra Xəzər Zamanov Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunacaq.