Masallı Rayon Polis Şöbəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və "qara bazar"da satışı ilə mübarizə çərçivəsində növbəti kəsərli əməliyyat tədbirini icra edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməliyyat toruna düşən 31 yaşlı Fərid Mirzəyevin üzərindən 9 kiloqram çəkidə marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs, bu narkotik yükünü istintaq tərəfindən kimliyi araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini etiraf edib.
Mövcud fakt hüquqi müstəviyə daşınaraq cinayət işi açılıb və məhkəmə orqanının müvafiq hökmü ilə F.Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilərək barmaqlıqlar arxasına göndərilib.