Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Polşa Ukrayna vətəndaşlarını məcburi şəkildə geri qaytarmayacaq

2 dəq
Paylaş:
Polşa Ukrayna vətəndaşlarını məcburi şəkildə geri qaytarmayacaq

Ukraynanın hərbi xidmət yaşında olan vətəndaşlarını qaydada ölkələrinə geri göndərməyi planlaşdırmır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatoru Tomaş deyib.

Onun sözlərinə görə, bu məsələ daha əvvəl tərəfinin hərbi səfərbərlik yaşında olan və ölkədən çıxmış şəxslərin geri qaytarılması ilə bağlı çağırışlarından sonra müzakirə edilib.

"Biz qərara gəldik ki, Polşa polisi belə şəxsləri saxlayaraq Ukraynaya təhvil verməyəcək. Bu cür məcburi tədbirlər nəzərdə tutulmur", - Semonyak bildirib.

Nazir qeyd edib ki, Ukraynada səfərbərlik qaydaları yaş həddi, ailə vəziyyəti və uşaqların sayı kimi meyarlara əsaslanır.

Qeyd edək ki, Polşada bəzi siyasətçilər, o cümlədən Vladislav Kosinyak-Kamış ölkədə yaşayan gənc ukraynalıların vətənə qayıdaraq Silahlı Qüvvələrə qoşula biləcəyini bildirsələr də, onların məcburi deportasiyası ilə bağlı rəsmi təşəbbüs irəli sürülməyib.

Bundan əvvəl Avropa İttifaqı hərbi xidmət yaşında olan Ukrayna vətəndaşları üçün müvəqqəti müdafiə mexanizminin tətbiqini dayandırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax