Əsas məzmuna keç

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini BAŞA VURDU

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini BAŞA VURDU

bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib. “Mən Moskvada 18,5 il işləmişəm, bu,...

Azərbaycanın Rusiyadakı səfiri Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.

“Mən Moskvada 18,5 il işləmişəm, bu, diplomatik xidmət üçün çox şeydir və indiki mərhələdə mənə öz Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağın işğaldan azad edilməsindən sonra deputat olmaq mənim üçün böyük şərəfdir, ümid edirəm ki, məni seçəcəklər. Allah nə qədər verib, onu xalqıma və doğma yurdumun təbiəti ilə ünsiyyətə həsr etmək istəyirəm”, - P.Bülbüloğlu deyib.

O, müsahibəsində atası, görkəmli opera müğənnisi BülBülün Şuşada anadan olduğunu xatırladıb:

“Mən onun dağıdılmış evini bərpa etdim, indi orada ev-muzey var, ki, indi Şuşaya çoxlu turistlər gəlir və Bülbülün ev-muzeyini ziyarət edir”, - P.Bülbüloğlu qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…