İncəsənət müəllimləri mütəmadi olaraq, 5 ildən bir attestasiyadan keçməlidir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Komitə sədri vurğulayıb ki, keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən, bu prosesin beş ildə bir dəfə və ya yeddi ildə bir dəfə keçirilməsi zəruridir:
"Attestasiyadan keçməyən müəllimlər parlamentə şikayətə gəlmişdilər. Biz burada millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə aydın görünürdü ki, attestasiya düzgün nəticələr verir".