Operativ Məlumat Mərkəzi

Pol Poqba dörd illik futboldan uzaqlaşdırılıb

1 dəq
Paylaş:
Pol Poqba dörd illik futboldan uzaqlaşdırılıb
{"az":"31 yaşlı oyunçu 4 il müddətinə futboldan diskvalifikasiya edilib.Buna futbolçunun antidopinq qaydalarını pozmağı səbəb olub. Belə ki, Poqba A Seriyasının...","en":"","ru":""}

Milli Antidopinq Tribunalı (NADO Italia) Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı oyunçu 4 il müddətinə futboldan diskvalifikasiya edilib.Buna futbolçunun antidopinq qaydalarını pozmağı səbəb olub. Belə ki, Poqba A Seriyasının birinci turunda “Udineze” ilə matçdan sonra dopinq testi verib və orqanizmindəki testosteronun həddən artıq yüksək olduğu üzə çıxıb.

Digər bir iddiaya görə, “Yuventus” rəhbərliyi fransalı futbolçu ilə müqaviləni pozmağı düşünür. Onun Turin təmsilçisi ilə sözləşməsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, Pol Poqba Fransa yığmasının heyətində 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatının qalibi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər