Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?” - Zahid Oruc

4 dəq
Paylaş:
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?” - Zahid Oruc

"Müzakirəyə təqdim olunan “ haqqında” yeni qanun layihəsi Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, milli genofondun qorunması və aqrar sahədə iqtisadi müstəqilliyin gücləndirilməsi baxımından mühüm daşıyır. Son illərdə dünyada baş verən müharibələr, pandemiyalar, iqlim dəyişiklikləri və logistik zəncirlərdə yaranan problemlər bütün dövlətlərə bir həqiqəti bir daha xatırlatdı: ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Oruc “Toxumçuluq haqqında” Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirdi.

O vurğuladı ki, hər bir qanunun mahiyyətini dərk etmək üçün onun tarixi inkişaf yoluna nəzər salmaq lazımdır:

"Azərbaycanda toxumçuluq və seleksiya sahəsinin inkişafının möhkəm təməli Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuşdur. Həmin illərdə Azərbaycan yüksək məhsuldar bitki sortlarının yaradılması, qorunması və tətbiqi sahəsində keçmiş ittifaqın aparıcı mərkəzlərindən biri idi. Ümummilli Lider hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da kənd təsərrüfatının inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Torpaq islahatlarının həyata keçirilməsi, kənd təsərrüfatının bazar münasibətlərinə uyğun yenidən qurulması və fermer təsərrüfatlarının formalaşdırılması bu sahənin inkişafına yeni təkan verdi. Azərbaycanın hər bölgəsinin özünəməxsus kənd təsərrüfatı məhsulları uzun illər aparılmış seleksiya işlərinin və yerli genetik ehtiyatların qorunmasının nəticəsi idi. Gədəbəyin ağ alması, Göyçayın narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Ağstafanın taxılı, Sabirabadın qovunu və qarpızı həm dadına, həm də keyfiyyətinə görə seçilir, ölkəmizin aqrar brendləri kimi tanınırdı. Təsadüfi deyil ki, ötən əsrin ortalarında Göyçay narının müxtəlif sortları dünyanın onlarla ölkəsinə ixrac olunurdu.

Bu gün isə haqlı olaraq sual yaranır: niyə bəzi yerli məhsullar əvvəlki dad və keyfiyyətini itirib? Səbəblərdən biri yüksək məhsuldarlıq naminə yerli sortların tədricən hibrid sortlarla əvəz olunmasıdır. Hibrid toxumlar daha məhsuldar, daşınmaya davamlı və iri ticarət şəbəkələrinin tələblərinə uyğun olsa da, yerli genetik ehtiyatların qorunması məsələsini ikinci plana keçirə bilir. Əlbəttə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmaq vacibdir. Fransa, ABŞ və digər ölkələrin toxumçuluq sahəsində əldə etdiyi nailiyyətlərin öyrənilməsi və tətbiqi əhəmiyyətlidir. Lakin bununla yanaşı, milli seleksiya məktəblərinin inkişafı və yerli genofondun qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax