Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Telefon niyə qızır? Cihazın ömrünü uzatmaq üçün vacib məsləhətlər

3 dəq
Paylaş:
Telefon niyə qızır? Cihazın ömrünü uzatmaq üçün vacib məsləhətlər

Smartfonun isinməsi istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən biridir. Tətbiqlərin ləngiməsi, batareyanın sürətlə boşalması və korpusun əli yandıracaq dərəcədə qızması ciddi fəsadlara yol aça bilər. Peşəkar mütəxəssislər isinmənin nə vaxt norma, nə vaxt isə təhlükə siqnalı olduğunu izah edirlər.

Nə vaxt narahat olmağa dəyər?

korpus sadəcə ilıqdırsa və yük azaldıqdan bir neçə dəqiqə sonra soyuyursa, bu normaldır. Lakin aşağıdakı hallarda diqqətli olmaq lazımdır:

  • Korpus çox istidirsə və onu əldə saxlamaq narahatlıq yaradırsa;
  • öz-özünə sönür və ya yenidən başlayırsa;
  • Məhsuldarlıq kəskin şəkildə aşağı düşürsə;
  • Cihaz hətta gözləmə rejimində belə qızırsa;
  • Sistem tərəfindən aşırı isinmə barədə xəbərdarlıq mesajları gəlirsə.

İsinmənin əsas səbəbləri:

1. Yüksək prosessor yükü: Maksimal ayarlarda oynanılan 3D oyunlar, "4K" və ya "8K" formatında uzunmüddətli video çəkilişlər, fonda işləyən onlarla tətbiq və GPS naviqasiyasından aktiv istifadə prosessoru maksimum güclə işləməyə məcbur edir.

2. Batareya və problemləri: Sertifikatlaşdırılmamış, ucuz şarj cihazları stabil gərginlik vermədiyi üçün batareyanı qızdırır. Həmçinin, şarj zamanı telefondan aktiv istifadə etmək sistemə ikiqat yük salır.

3. Xarici amillər: Telefonun birbaşa günəş şüaları altında qalması, avtomobilin ön panelində yerləşdirilməsi və ya şarj zamanı qalın örtüklərin (çexol) istifadəsi istilik mübadiləsini pozur.

4. Proqram xətaları və viruslar: Bəzi zərərli proqramlar, xüsusən də "Android" cihazlarda rast gəlinən mayner virusları prosessoru həddindən artıq yükləyərək batareyanın şişməsinə və fiziki zədələnmələrə səbəb bilər.

Təcili tədbirlər:

Əgər telefon artıq həddindən artıq qızıbsa, dərhal örtüyü (çexolu) çıxarın, bütün ağır tətbiqləri bağlayın, cihazı şarjdən ayırın və "Uçuş rejimi"ni aktivləşdirin. Cihazı sərin bir səthə qoyun, lakin qətiyyən dondurucuya yerləşdirməyin. Temperaturun kəskin dəyişməsi cihazın daxilində kondensat yaradaraq qısaqapanmaya səbəb ola bilər.

Profilaktika üçün :

  • Yalnız orijinal və ya sertifikatlı şarj cihazlarından istifadə edin;
  • Ekran parlaqlığını optimallaşdırın;
  • İstifadə etmədiyiniz modulları ("Bluetooth", "NFC", "GPS") söndürün;
  • "Instagram" kimi enerji tutumlu tətbiqlərin fon fəaliyyətini məhdudlaşdırın;
  • Cihazın proqram təminatını mütəmadi olaraq yeniləyin.

Əgər bütün bu tədbirlərə baxmayaraq telefon qızmağa davam edirsə, bu, daxili aparat nasazlığının göstəricisi ola bilər və peşəkar servis mərkəzinə müraciət etmək tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax