Portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva karyerasını Madridin "Real" klubunda davam etdirəcək. Futbolçu ilə bağlı transfer bazarında ciddi maraq olsa da, o, seçimini "kral klubu"nun xeyrinə edib. Maraqlıdır ki, 31 yaşlı oyunçu üçün əsas namizədlərdən biri də Kataloniyanın "Barselona" komandası idi.
"Operativ Məlumat Mərkəzi-OMM" insayder Ramon Alvaresə istinadən xəbər verir ki, Silvanın "Real Madrid"i seçməsinin əsas səbəbi Joze Mourinyonun komandaya qayıtması ilə bağlıdır.
Təcrübəli yarımmüdafiəçi məhz öz həmyerlisi olan ulduz məşqçinin rəhbərliyi altında çıxış etmək istəyir.
Qeyd edək ki, Silva Madrid təmsilçisinə azad agent qismində keçir.
O, 2017-ci ilin iyul ayından bəri İngiltərənin "Manchester City" klubunun şərəfini qoruyurdu.