Dmitri Peskov bildirib ki, Ukrayna ilə bağlı danışıqlar gələn həftə Cenevrədə keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kremlin sözçüsü açıqlamasında bildirib:
"Ukrayna nizamlanması ilə bağlı danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə üçtərəfli Rusiya-ABŞ-Ukrayna formatında keçiriləcək".
Onun sözlərinə görə, bu dəfə Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək. Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4 və 5 fevral tarixlərində Əbu-Dabidə baş tutub.