“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
07.05.2024 14:20
Aa
dəq

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.

Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.

Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.

Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.

Həftənin ən çox oxunanları

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb
DAVAMIN OXU davamın oxu

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib
DAVAMIN OXU davamın oxu

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
DAVAMIN OXU davamın oxu

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu