2023/2024-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi çalışmaq istəyən şəxslər 07 İyul - 20 İyul tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.