Rusiya-Ukrayna münaqişəsi və İrandakı vəziyyətlə bağlı Cenevrədə keçiriləcək danışıqlar zamanı şəhərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” şəhər polisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, təhlükəsizlik qüvvələri həmişə ehtiyaca uyğunlaşır. Aydındır ki, bu müzakirələri nəzərə alaraq, polis qüvvələrini uyğunlaşdıracağıq.
Ukraynada sülh danışıqlarının üçüncü raundu fevralın 17-18-də Cenevrədə keçiriləcək. Görüşdə ABŞ, Rusiya və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək. İsveçrə tərəfi danışıqlarda iştirak etməyəcək. Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək.