Operativ Məlumat Mərkəzi

Fransadakı qarşıdurmalarda yüzlərlə polis yaralanıb

1 dəq
Paylaş:
Fransadakı qarşıdurmalarda yüzlərlə polis yaralanıb
bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunan məlumata əsasən, etirazçılarla yaranan toqquşma zamanı 108 polis işçisi yaralanıb. ...

Fransanın Marsel şəhərində pensiya islahatlarına görə baş verən qarşıdurmalarda yüzlərlə polis yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunan məlumata əsasən, etirazçılarla yaranan toqquşma zamanı 108 polis işçisi yaralanıb.

Etirazçılar benzin bombalarından və digər təhlükəli vasitələrdən istifadə edib. Polislərin isə gözyaşardıcı qaz və su ilə cavab verdiyi bildirilib.

Xatırladaq ki, hökumət yaralanan etirazçılar barəsində heç bir məlumat verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər